Nazir Gədəbəydə vətəndaşları qəbul edəcək

4 Noyabr 2013 17:20 (UTC+04:00)

Şahin Müstafayev noyabrın 8-də rayonun Mədəniyyət evində vətəndaşların şikayətini dinləyəcək


Noyabrın 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaqdır.


Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (050) 395 91 97, (022) 256 02 32, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.


Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.