Polis pencəyini çıxart dedi, onlar soyundular
4 Noyabr 2013 18:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İngiltərənin
Mançester hava limanında təhlükəsizlik nəzarətindən keçən iki
qadın onlara "pencəyinizi və kəmərlərinizi çıxardın" deyən
təhlükəsizlik vəzifəlisinə üstlərini tamamilə çıxardaraq cavab
verib. Daily Mirrorun xəbərinə görə, 48 yaşlı Ann Çadvik, və 51
yaşlı Kelly Hadfield-Hyde adlı sərnişinlər hava limanında
təyyarə gözləyərkən bir şüşə şərabı bitirdikdən sonra təhlükəsizlik
qüvvələri tərəfindən saxlanılıblar. Məhkəməyə çıxan qadınlar
özlərini "Təhlükəsizlik işçiləri bizə soyunun dedi, biz də
soyunduq" deyə müdafiə ediblər. Məhkəmə iki qadına açıq sahədə
nümayişçilik etməkdən pul cəriməsi verib.