Gürcüstanda Rusiya dövlət bayraqları yandırılıb

5 Noyabr 2013 10:30 (UTC+04:00)

Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb. Movqe.az-ın Gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bununla da yerli sakinlər sosial şəbəkələrdə şəhərin mərkəzində Rusiya bayrağının asılmasına qarşı etiraz aksiyasına dəstək veriblər.

 

Qeyd edək ki, Rusiya bayraqları "Fazisoba 2013" beynəlxalq musiqi festivalı iştirakçısı olan ölkələrin bayraqları ilə yanaşı asılıb. Poti meri David Sarsaniya isə Rusiyanın festivala ümumiyyətlə dəvət olunmadığını bəyan edib. O bildirib ki, Rusiya bayraqlarının yandırıldığı haqda məlumat alan kimi şəhərin müxtəlif yerlərində asılmış digər ölkələrin bayraqlarının endirilməsinə dair göstəriş verib.