Azərbaycanlı millət vəkili Türkiyədə çörək bişirdi (FOTO)

5 Noyabr 2013 11:00 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva Osmanlı dövrünün övliyalarından olan Somuncu Babanın məqbərəsini ziyarət edib

Azərbaycan  Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva Türkiyənin Aksaray şəhərində Osmanlı dövrünün övliyalarından olan Somuncu (Çörəkçi) Babanın məqbərəsini ziyarət edib. 


Məqbərədə dua edən millət vəkili daha sonra Somuncu Babanın sobasında çörək bişirib. 


Aksaray və Somuncu Baba haqqında kitab yazmaq istədiyini deyən xanım Paşayeva ilk fürsətdə təkrar bu şəhərə gələrək yenidən bu mənəvi duyğuları dadmaq istədiyini deyib.