Bir neçə rayonun qazla təchizatında fasilə olacaq

5 Noyabr 2013 11:13 (UTC+04:00)

Bu gün Azərbaycanın bir sıra rayonlarına, həmçinin Bakı şəhərinin bəzi qəsəbələrinə təbii qazın verilməsində problemlər olacaq.

ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 5-də saat 09:00-dan 18:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 10:00-dan Xəzər rayonunun Mərdəkan, Şüvəlan və Zirə qəsəbələrinə, saat 10:00-dan 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək İsmayıllı, Qazax və Qobustan rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Tərtər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.