Dövlət qulluğunda işləmək istəyənlərə xoş xəbər

5 Noyabr 2013 11:32 (UTC+04:00)

10 dövlət orqanında 32 vakant dövlət qulluğu üzrə vəzifələrin tutulması üçün müsabiqə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqəyə 10 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 32 vakant dövlət qulluğu vəzifələri çıxarıb. 


Müsabiqəyə dair ətraflı məlumatı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az və "Respublika" qəzetinin həmin tarixli sayında verilib. 


4 oktyabr tarixdə 75 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 590 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu noyabrın 4-ü saat 18:00-da bitib. 

25 oktyabr tarixdə 19 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə noyabrın 25-i saat 18:00-da bitəcək.