Eminin yarışmasında Türkiyəni nə məyus etdi?

5 Noyabr 2013 11:46 (UTC+04:00)
"Kainat gözəli" müsabiqəsinin iştirakçılarının milli geyimlə şou göstərdiyini xəbər vermişdik.

Türkiyə təmsilçisi Berrin Kekliklərin geyindiyi paltar həmvətənlərini məyus edib.

Onun geyimi milli çalarlardan uzaq olduğu üçün ölkədə kəskin tənqid olunub.

Qeyd edək ki, Eminin təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq. "Krokus Siti Holl"da keçiriləcək konkursda Azərbaycanı "Miss Azerbaijan 2012"nin qalibi Aysel Manafova təmsil edəcək. (axsam/az)