Xuraman Şuşalı da biznes ledi olacaq!

5 Noyabr 2013 12:26 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, azərbaycanlı müğənni Xuraman Şuşalı da biznes ledi olmaq iddiasındadır. Belə ki, hicablı müğənni sosial şəbəkədə yaxın günlərdə biznesə başlayacağı barədə məlumat verib: "Dostlar, yaxın günlərdə mənim də xına evim olacaq inşallah".

Məlumat üçün bildirək ki, müğənni ailə qurduqdan sonra hicab bağlayıb, etdiyi cahilliklərə görə tövbə edib. Və o, yalnız qadın məclislərində və xınayaxdılarda iştirak edir.