Şamaxıda beş yaşlı uşaq dərman atarkən boğularaq ölüb

5 Noyabr 2013 12:49 (UTC+04:00)

Şamaxı rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakini, 2008-ci il təvəllüdlü Nəhmətov Nizam İntiqam oğlu xəstələndiyi üçün dərman qəbul etmək istəyib. Lakin həb uşağın nəfəs borusuna düşüb və o, boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.