İngiltərə Almaniyanı dinləməyə davam edir?

5 Noyabr 2013 16:52 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə kəşfiyyat agentliyi GCHQ-un Berlindəki Alman parlamentindən yalnız metrlərlə uzaqlıqdakı səfirlik binasının damından Alman səlahiyyətlilərin qanunsuz olaraq dinlədiyi iddia edilib. NSA keçmiş agenti Edvard Snovdenin sızdırdığı sənədlər ABŞ və müttəfiqlərinin bütün dünyadakı səfirlik binalarında qanunsuz elektron müşahidə fəaliyyətləri icra etdiyini aşkarlayıb. Ötən həftə Amerika agentlərinin Almaniya Baş naziri Angela Merkelin telefonlarını da dinlədiyinin aşkarlanmasından sonra NSA-nın Berlindəki dinləmə mərkəzini bağladığı iddia edilmişdi. Alman televiziya kanalı ARD-in çəkdiyi infrared görüntülər ABŞ-ın dinləmə mərkəzi olduğu iddia edilən bir binanın istifadəsinə son qoyulduğunu iddia etmişdi. Lakin Snovdenin sızdırdığı sənədlərə görə ABŞ, dinləmə böhranı ortaya çıxmazdan əvvəl onsuz da bir çox ölkədəki dinləmə fəaliyyətlərini İngilis müttəfiqlərinə təhvil vermişdi. İngilis Independent qəzeti də bu mövzuyla əlaqədar olaraq İngiltərənin Almaniyadakı üsulsuz dinləmə fəaliyyətlərini davam etdirdiyini iddia edib. Qəzet, Berlindəki İngilis səfirliyinin infrared kameralar ilə çəkilən  fotoşəkillərinin yüksək texnologiyayla dinləmə mərkəzinin varlığına işarə etdiyini iddia edib. Qəzet, 2000-ci ildə istifadəyə açılan səfirlik binasının damında ağ silindr şəklindəki bir quruluşun içində tutulan avadanlıq sayəsində İngilis agentlərin Alman parlamentinin internet şəbəkəsinə sıza bildiyini və mobil telefonu söhbətlərini dinlədiyini bildirib. GCHQ isə iddialarla əlaqədar hələlik şərh verməyib.