Üzə görə reklam sistemi hazırladılar

5 Noyabr 2013 17:33 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərənin ən böyük supermarketlərindən Tesco, işlətdiyi benzin stansiyalarında "üzə nəzarət edərək fərdi reklam inkişaf etdirmə" sistemi qurur. İngilis iş adamı Lord Sugarın Amscreen adlı rəqəmsal işarələmə firmasının inkişaf etdirdiyi texnologiya ilə seyflərə yerləşdirilən kameralar müştərinin cinsiyyətini və orta yaşını təyin edəcək. Daha sonra isə ekranda o fərdin demoqrafiyasına uyğun bir reklam çıxacaq.

"Lord Sugar"ın ən böyük oğlu və Amscreenin baş direktoru Simon Sugar , bir sıra texnoloji cihazlar və psixi qüvvələrlə günahkarların tutulması mövzusunu əhatə edən Azlıq Hesabatı ( Minority Report ) adlı filmə istinad edərək "Azlıq Hesabatı kimi bir şeydir" deyib. "Amma bu , İngiltərədə pərakəndə satışların görüntüsünü dəyişdirə bilər. Bu üzü axtaran ekranları mümkün olduğu qədər çox supermarketdə yaymağı planlaşdırırıq. "

Tesco spikeri isə " Bu yeni bir texnologiya deyil" deyir və əlavə edir: "Heç bir məlumatın və ya görüntü toplanıb qeyd edilmir. Sistem göz yuvalarını axtaran və üz tanıma texnologiyası istifadə etmir. " Spiker , müştərinin saçının uzunluğunun cinsiyyəti  müəyyən etmək üçün istifadə ediləcəyini söyləyir. Şəxsi həyatın qorunmasının vacibliyi müdafiə edən qruplar isə bu texnologiyanı istifadə edən firmaların müştərilərini xəbərdar etmələri lazım olduğu fikirindədir. Gizliliyin və vətəndaş azadlıqların qorunmasını müdafiə edən Big Brother Watch adlı qrupdan Nick Pickles bu sistemin , müştərilərin izlənilməyi qəbul etdikləri və xəbərdar edildikləri təqdirdə etik olacağını söyləyir. Ekranların təxminən 5 milyon müştərini tanıya biləcəyi deyilir.