Azərbaycanda müharibə mövzusunda film çəkiləcək

5 Noyabr 2013 17:40 (UTC+04:00)

Azərbaycanda dövlət sifarişi ilə müharibə mövzusunda yeni film çəkilir. Filmin rejissoru Elxan Cəfərovun APA-ya verdiyi məlumata görə, film II Dünya müharibəsinin başa çatmasının 2015-ci ildə qeyd olunacaq 70 illik yubileyinə həsr olunacaq: "Filmin ilkin adı "Yarımçıq qalmış gündəlik"dir. Müharibədə döyüşən Azərbaycan oğullarına həsr ediləcək. Eyni zamanda paralel süjet olaraq Qarabağ müharibəsində döyüşən əsgərlərimizdən də bəhs olunacaq".

 

"Yarımçıq qalmış gündəlik"in ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, operatoru Nadir Mehdiyevdir. E. Cəfərov əlavə edib ki, çəkilişlər Belarus və Azərbaycanda aparılacaq: "Filmin istehsalat dövrü bir ildir. Yaxınlarda aktyor seçimini aparacağıq".