Futbol oyununa gedən ana evdəki körpəsini unutdu

5 Noyabr 2013 18:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyada bir ananın futbol matçına gedib saatlarla evə dönmədiyini görən yoldaşı polisə xəbər verib. Hələ iki aylıq olan körpəsini tanışına buraxan və futbol matçına gedən 30 yaşındakı ana bir daha evə qayıtmayıb. Kişi yoldaşıyla birlikdə 1860 Münhen və Dynamo Dresden matçını izləyən ana, daha sonra stadiondan xaricdə keçirilən şənliklərə qatılıb və körpəsini unudub. Yeni doğulmuş körpənin anasının evə dönmədiyini görən körpəyə baxan şəxslər polisi axtarmaq məcburiyyətində qalıb.

Hadisənin ardınca körpə Gənclik Dairəsinə buraxılıb və polis də ananı axtarmağa başlayıb.

"Unutqan ana" şənliklərdən sonra Münhenin əsas qatar stansiyasında ata mülkü Burghausenə doğru yola çıxmaq istədyi vaxt polis tərəfindən saxlanılıb.

Polisə "futbola başı qarışıb, körpəsini unutduğunu" söyləyən anaya ifadəsi alındıqdan sonra körpəni təslim edilib. Şübhəli ana və körpəsi polis tərəfindən nəzarətə alınıb.