Banan alanda ehtiyyatlı olun!

5 Noyabr 2013 19:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Londonun Hampton bölgəsində yaşayan Taylor ailəsi, marketdən aldıqları bananların ailəni bu qədər böyük bir təhlükəyə sala biləcəyini təxmin edə bilməzdi.

Cons Taylor , əlinə aldığı bananın üzərindəki nöqtəcikləri əvvəl ciddi qəbul etmədi . Lakin nöqtəciklər "tək-tək salonun mərkəzində olan xalçaya atlayaraq qaçmağa başlayanda" inamağa məcbur oldu. Nöqtəciklərin əslində hörümçək sürüsü olduğunu görən Taylor , dərhal fotoaparatını əlinə aldı və bu anı sanki dondurdu. Fotoşəkili mütəxəssislərə göstərəndə isə bdaha böyük şok yaşadı.  Hörümçəklərin dünyanın ən zəhərli növü olan "Braziliya hörümçəyi" olduğu ortaya çıxdı.

Zəhərləriylə bir insanı iki saat içində öldürə bilən bu hörümçəklər dörd nəfərlik Taylor ailəsinin evini zəbt etmiş vəziyyətindədir. 37 yaşındakı Richard Taylor , 29 yaşındakı yoldaşı Cons Taylor , üç yaşındakı oğulları Benjamin və üç aylıq qızları Annabelle ilə birlikdə bir otelə köçmək məcburiyyətində qalıb. Hadisənin baş verməsindən bu yana təxminən 1000 paundluq bir məsrəflə qarşılaşan ailə evini tamamilə təmizlədə bilib.