Nüvə stansiyayasında sızıntı olub

5 Noyabr 2013 18:03 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Kanadada bir nüvə enerji stansiyasında alınan nümunələrdə sızıntı müəyyən olunub. Kanadanın Nyu-Brunsvik əyalətinin "Bay of Fundy" bölgəsində yerləşən Point Lepreau Nüvə Enerji Stansiyasında zəhərli kimyəvi hidrazin sızıntısı müəyyən olunub.

Əyalətə və bölgəyə elektrik təmin edən stansiyanın işlədici firması "NB Power"dan edilən şərhdə, stansiyaya bazar günü alınan nümunələrində milyonda 0.009 hidrazin müəyyən olunduğu bildirilib. Müəyyən olunan sızma miqdarının, dəniz canlılarını və ya ekoloji sistemi təhdid edəcək səviyyədə olmadığı yazılan şərhdə, problemin nüvə fəaliyyətinin olmadığı bölgədə meydana gəldiyi deyilib.