Türkiyədə orden və medallardan Atatürkün təsviri rəsmən çıxarılır

6 Noyabr 2013 10:42 (UTC+04:00)

Türkiyədə "Dövlət ordenləri və medalları" haqqında qanuna edilən dəyişikliyə əsasən, ölkədə orden və medallardan Atatürkün təsviri rəsmən çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.

Məlumata əsasən, yeni medallarda Atatürkün təsviri ilə yanaşı, Türkiyə Cümhuriyyətinin qısaldılmış adı (TC) da çıxarılacaq.