Tacikistanda prezident seçkiləri keçirilir

6 Noyabr 2013 11:12 (UTC+04:00)

Bu gün Tacikistanda prezident seçkiləri keçirilir.

"RİA Novosti"nin yaydığı  xəbərə görə, ölkədə 68 Dairə Seçki Komissiyası üzrə 3158 seçki məntəqəsi açılıb.

 

Eyni zamanda Tacikistandan kənarda 60 seçki məntəqəsi fəaliyyət göstərir. Dövlət nəşriyyatı dörd (tacik, rus, özbək və qırğız) dildə 4 mln-dan artıq seçki bülleteni çap edib.

 

Prezident postu uğrunda beş nəfər mübarizə aparır: Emoməli Rəhmon (hakim Xalq-Demokratik Partiyası), İsmoil Talbakov (Kommunist Partiyası), Tolibbek Buxariev (Aqrar Partiyası), Olimcon Babayev (İqtisadi İslahatlar Partiyası), Əbdüxalim Qafaraov (Sosialist Partiyası).

 

Artıq Tacikistanın hazırkı prezidenti Emoməli Rəhmon səsvermədə iştirak edib. Seçkiləri 30 ölkədən 500-dən artıq müşahidəçi müşahidə edir.