Tarixdəki qadın ixtiraçılar - FOTOLAR

6 Noyabr 2013 13:12 (UTC+04:00)

Bəziləri ehtiyacdan kimiləri isə təsadüfən ixtira edildi. Yeganə ortaq xüsusiyyətləri isə ixtiraçıların qadın olmasıdır. Movqe.Az kəşfləri ilə tarixə adlarını yazdırmış və müasir həyata təsir etmiş o qadınlardan bəzilərini təqdim edir:

Josephine Cochrane: Qabyuyan

Cochrane, xidmətçilərinin davamlı olaraq çini qablarını qırması və zərər görməsindən bezdiyi üçün qabyuyan maşınını ixtira edib. Cochrane yüksək su təzyiqiylə çalışan maşın üçün 1886-cı ildə konki aldı. O tarixlərdə evlərdə isti su sistemi olmamasına baxmayaraq Cochrane geri addım atmadı və fikrini əvvəlcə restoranlara və otellərə satdı.



Mary Phelps Jacop: Müasir büsthalter

Jacop, inkişaf etdirdiyi müasir büsthalter üçün 1914-cü ildə ABŞ-da patent alıb. O tarixə qədər çıxarılan büsthalterlər polad çubuq və balina sümüyü ehtiva edirdi və çox narahat idi. Bu gün istifadə olunan büsthalterin ilk modeli olan Jacopun inkişaf etdirdiyi büsthalter isə fərqli dizaynıyla  rahatlıq təmin edirdi.



Mary Anderson: Avtomobil şüşə siləcəkləri

1900-cü illərdə sürücülər yağış və qar yağanda hər bir küçənin başında avtomobillərini dayandırıb şüşələrini silmək məcburiyyətində idi. Mary Anderson 1903-cü ildə avtomobil şüşə silənini icad edəndə isə sürücülərin diqqətini yayındıracağı səbəbiylə 10 il müddətində patent ala bilməyib. Lakin sonda hər kəs bu ixtiranı istifadə etməyə başlayıb. Maşın siləcəklərinin elektrikli versiyası 1917-ci ildə yenə bir qadın tərəfindən çıxarılıb.




Dr.Grace Murray: İlk böyük miqyaslı kompüter

Admiral Dr.Grace Murray, İkinci Dünya Müharibəsindən sonra Harvard Universitetində icra etdiyi işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM-Harvard Mark 1" i icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını yazdırıb.



Hedy Lamarr: Gizli kodlaşdırma sistemi

Avstriyalı Hedy Lamarr Nasist silah taciri əriylə evliliyi əsnasında qatıldığı iş iclaslarında silahlarla əlaqədar çox şey öyrənib. Ancaq nasistlərə və ərinə qarşı böyük bir nifrət duymağa başlayan Lamarr sonda Londona və oradan da ABŞ-a qaçıb. Nasistlərə qarşı İkinci Dünya Müharinəsində istifadə edilməsi üçün çıxardığı mesaj şifrələmə sistemi üçün 1941-ci ildə patent alıb, sistem 20 il sonra istifadə edilməyə başlanıb.



Sara Blakely: "Spanx" alt paltarları

Oprah Winfrey və Meg Whitemanın iştirak etdiyi dünyanın ən zəngin qadınları siyahısında yerləşən Blakely bu sərvətini icad etdiyi daxili Paltara borcludur. Çıxardığı elastik iç paltarları sayəsində qadınların bir neçə bədən daha zəif görünməsini təmin edən "Spanx" adlı paltar Blakelynin 500 milyon dollarlıq bir şirkətin sahibi olmasını təmin edib.



Stephanie Kvolek: Güllə keçirməz jilet

Kwolekin 1963-cü ildə icad etdiyi "Kevlar" adı verilən sərt və dayanıqlı material sayəsində indiki vaxtda polislərin hər gün rahatlıqla geyinə bildiyi güllə keçirməz gödəkcələr çıxarılıb. Kwolekin inkişaf etdirdiyi texnologiya eyni zamanda körpü kəndiri, dəbilqə, əyləc baltası, düşərgə avadanlığı və xizək komandası istehsalında da istifadə edilir.



Margaret Knight: Kisə kağızı "kraliçası"

Kisə kağızlarında əvvəl çıxarılan kağız torbalar zərf şəklində idi və düz bir bazası yox idi. Bu halıyla bir xeyli funksiyasız olan kağız torbaları bu gün bildiyimiz şəklinə salan Knight, kağızı kəsən, qatlayan və dördbucaqlı bir görüntü verən maşını icad edib və 1871-ci ildə patent alıb.



Marjorie Joyner: Mizampli

Joynerin icad etdiyi başlıqlı maşın sayəsində düzəldilən saçlar günlərlə görüntüsünü qoruyurdu.




Marion Donovan: Tək istifadəlik körpə bezi


Donovanın 1949-ci ildəki ilk icadı "Boaters" adlı körpələrin səpməsinə maneə törədən möhürlənmiş bezdə oloub. Mövzu üzərində işə davam edən Donovan 1961-ci ildə isə tək istifadəlik körpə bezi "Pampers" i inkişaf etdirib.



Lydya Newman: Daraq

Saç darağının ixtiraçısı olmasa da Newman, inkişaf etdirdiyi yeni modellə 19-cu və 20-ci əsrin əvvəllərində saç baxım məhsulları üzərində çalışan bir çox insanlardan biri oldu.



Ann Moore: kürək çantası

Qərbi Afrikada Barış Gücü tibb bacısı olaraq 1960-cı illərdə vəzifəsini yerinə yetirən Moore, Afrikalı qadınların körpələrini daşıma formalarından təsirlənmişdi. Uzun və davamlı sınaqlardan sonra kürək çantası məntiqiylə uşaq fikrini birləşdirən Moore körpə daşıyıcı "Snugli" ni inkişaf etdirdi.