Azərbaycanda Aşura Günü qanvermə aksiyası keçiriləcək məscidlərin siyahısı açıqlanıb

6 Noyabr 2013 12:12 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi Aşura Günü ölkə üzrə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.


QMİ-dən APA-ya verilən məlumata əsasən, məscidlərin siyahısı bölgələr üzrə aşağıdakı kimidir:

                                                                                   

1. Yasamal rayonu - Təzə Pir məscidi

2. Yasamal rayonu  - Hacı Soltanəli məscidi

3. Səbail rayonu - Bibiheybət  ziyarətgah məscidi

4. Səbail rayonu - İçərişəhər Cümə məscidi

5. Suraxanı rayonu - Qaraçuxur məscidi

6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri - Cümə məscidi

9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhəri - Heydər məscidi

11. Şəki şəhəri - Cümə məscidi

12. Lənkəran şəhəri - Böyük bazar məscidi

13. Bərdə şəhəri - Cümə məscidi

14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi