Tolik Faiqə:"Gey olmaq olar, gərək adam olasan"

6 Noyabr 2013 13:05 (UTC+04:00)
Tarix Əliyev xalq artisti Faiq Ağayevin əlindən yaman qəzəblənib. Mövqe.az-ın məlumatına görə, tanınmış prodüsser bu barədə İnstagramda belə qeyd edib: 


"Faiq xalqın sevgisindən danışmasın. Brilliantın bir sözü yadıma düşdü: Nə olsun, gey olmaq olar, gərək adam olasan. Sən şeytansan, utanmadan təlabatdan danışırsan. "Məni toylara sal" deyib yalvaran mən deyiləm. İlhamə Quliyevanın dalınca danışıb, "Space"dən ad gününə gəlmə sözünü eşidən də sənsən. Ay Allahın sevmədiyi bəndə, bir bax gör həyatda varsan, sənin qatarın bilirsən nə vaxt gedib? Yazıq. Dilinin ucbatından bıçaqlanıb, kasıbın balasını türməyə saldırmağı bəs deyil. Heç olmasa, utanardın, çıxıb deyərdin ki, mən bağışlayıram. Deyə bilmədin, çünki sən satanasan. Amma bu dəfə keçmisən mənim əlimə, səni məcbur edəcəm ki, prokurorluğa müraciət edəsən. Məni ver məhkəməyə, mən Flora deyiləm, mənim adım Tarixdir".