Faiq Ağayev zorladığı qızını hamilə şəkildə ərə vermək istədi-ŞOK
6 Noyabr 2013 14:30 (UTC+04:00)
3 uşağı olan 40 yaşlı Faiq Ağayevin iki qızı başqa
kənddə olan ana babalarının evində yaşayıb.
Faiq isə oğlu və həyat yoldaşı ilə dağ kəndində
yaşayıblar.
Qış vaxtı dağ kənddən qayınatasının evinə gələn
Faiq ailəsi ilə orada bir ay yaşayıb.
Bir gün Faiq 14 yaşına çatmayan qızı ilə evdə tək
qalır.
40 yaşlı ata balaca qızına tamah salıb. Qızının
azyaşlı olmasından istifadə edən ata onunla oynamağa başlayıb. Daha
sonra isə onu soyunduraraq qeyri-təbii yolla cinsi əlaqədə olub.
Ata oynadıqları oyun barədə qızına heç kimə deməməyi
tapşırıb.
Qızının sakit qaldığını görən Faiq hər dəfə onunla
evdə tək qalanda onunla cinsi əlaqədə olub.
Bir gün artıq ağlı kəsməyə başlayan qız atasından
onunla niyə belə etdiyini soruşub. Faiq qızına bildirib ki, hər bir
qız ərə getməzdən əvvəl öz atası ilə cinsi əlaqədə olmalıdır və bu
olanlar ikisinin arasında qalır.
Bundan sonra Faiq qızını babasının evindən öz
evinə gətirib. Ata hər fürsətdən istifadə edərək öz çirkin əməlini
həyata keçirib.
Bir müddət sonra Faiq həyat yoldaşı ilə Bakıya
işləməyə gəlib. Bu arada Faiqin bibisi ona zəng edərək qızını
oğluna istədiyini bildirib. Buna görə də Faiq arvadını Bakıda
qoyaraq rayona qayıdıb.
Bibisinin elçilərini qəbul edən Faiq qızını bibisi
oğlu Sevman ilə nişanlayıb.
Bibisi ilə quda olan Faiq nişan mərasimindən sonra
Bakıya qayıdıb. Faiq Bakıya qayıtmazdan əvvəl artıq nişanlı qızını
yenə zorlayıb.
Bir müddət sonra nişanlı qızın qarnı şişməyə
başlayıb. Ağrıları olan qızın anası Bakıda olduğundan o, gələcək
qayınanası ilə rayon xəstəxanasına gedir. Qızı müayinə edən həkim
onun hamilə olduğunu bildirir.
Nişanlı qızın hamilə olması qayınananı
təəccübləndirir. O, gəlininin oğlundan hamilə olmasında
şübhələnir.
Təzə bəylə söhbətdən bəlli olur ki, o nişanlısına
əl də vurmayıb. Qız isə Sevmana qarnında daşıdığı uşağın atasından
olduğunu bildirir.
Bu xəbəri eşidən Faiq də Bakıdan yaşadıqları kəndə
gəlir. Qızının ondan hamilə olduğunu bilən ata vəziyyətdən çıxmaq
üçün gələcək kürəkənini və bibisi oğlunu şantaj etməyə
başlayır.
Belə ki, Faiq kürəkəninin 3 il əvvəl böyük
bacısını Bakıda öldürüb yandırmasını bilib. Buna görə də Faiq
Sevmandan qızının ondan hamilə qalmasını boynuna almasını tələb
edir. Faiq əks halda polisə onun bacısını öldürməsini xəbər
verəcəyi ilə şantaj edir. Sevman qıza əl vurmadığını bildirərək
Faiqə əlindən nə gəlir get elə cavabını verir.
Kürəkəni ilə söhbətin alınmadığını görən ata rayon
polis şöbəsinə gələrək qızının nişanlısı tərəfindən zorlanması
barədə şikayət edir. Şikayət əsasında saxlanılaraq polisə gətirilən
Sevman Ramazanov nişanlısını zorlamadığını, lakin 3 il əvvəl
bacısını öldürərək yandırmasını etiraf edir.
Sevman Ramazanlı qayınatası və dayısı oğlu olan
Faiq Ağayevin təklifini də polisə bildirir.
Aparılan araşdırmalar nəticəsində hər iki fakt
təsdiqini tapır. Ekspertizaların nəticəsi ilə Sevmanın ifadəsi
üst-üstə düşür.
İstintaqa ifadə verən qız da atası tərəfindən
mütəmadi olaraq zorlandığını bildirir.
Zorlama faktına görə, Faiq Ağayevə qarşı qızını
zorladığı üçün Cinayət Məcəlləsini 149-cu (zorlama) maddəsi ilə
ittiham elan olunur.
Bu arada qızın anası onu Bakıya apararaq ərindən
hamilə qalan qızının hamiləliyini pozdurur.
Azyaşlı qızını zorlamaqda təqsirli bilinən Faiq
Ağayev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum
edilib. Özünü günahkar bilməyən ata hökmdən apelyasiya şikayəti
verir.
Lakin Apelyasiya Məhkəməsi F.Ağayevin barəsində
birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
azxebercom