Pişik Günel xristian oldu?!

6 Noyabr 2013 15:28 (UTC+04:00)

Müğənni Günel Ələkbərova özü barəsində son günlər yayılan xəbərlərə cavab verib:

- Günel, deyirlər xristianlığı qəbul etmisiniz. Doğrudur?


- Bu məlumatlar məni dəli eləyir. Onu yazanın özüdür xristian. Əlhəmdülillah, mən müsəlmanam. Dinim haqqında kimsə bir söz deyə bilməz. Sübutum da var: evimdə də, maşınımda da "Quran " saxlayıram.

- Əməliyyat olunmağınızla bağlı deyilənlər də yalandır?


- Yox, bu, yalan deyil. Əməliyyat olunmuşam. Amma bununla bağlı da hərə bir söz deyir. Mən əməliyyat etdirib, dodaqlarımdakı slikonu çıxartmışam. Amma gah yazırlar burnumu əməliyyat etdirmişəm, gah da yazırlar üzümü. Mənə zəng etmədən bu fikirləri yazmaq olmaz.

- Bəs, deyirdiniz öz dodaqlarımdır, mən slikon etdirməmişəm?


- Yox, sadəcə söz-söhbətlərdən bezmişdim. Əsəbiləşib yalandan dedim öz dodaqlarımdır. Birdə ki, dodaq mənimdir özüm bilərəm nə edərəm. Mən müğənniyəm daim şarmlı, gözəl görünməliyəm. Birdəki, mahnılarım qalıb üst –başımdan, dodaqlarımdan, şəkillərimdən danışırlar. Amma bir şeyi etiraf edim ki, uşaq olmuşam. İndiki, ağlım olsaydı, heç bir vaxt nə o şəkilləri çəkdirərdim, nədəki, dodaqlarımı slikon etdirərdim. aznews.az