86 yaşında marafon qaçdı, səhəri gün vəfat etdi

6 Noyabr 2013 17:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Nyu York Marftonunun ən yaşlı idmançısı olan 86 yaşındakı Joy Johnson, bu il iştirak etdiyi marafonun ertəsi günü dünyasını dəyişib. 25 ildir marafona qatılan Johnson, yarış əsnasında yerə yıxılaraq başını vurmuşdu. Buna baxmayaraq ayağa qalxan və 42 kilometrlik yolu təxminən 8 saatda tamamlayan Johnson, marafondan sonra xəstəxanaya getməmişdi. Johnson, qaçışdan sonra bir televiziya proqramına qatılbı və bacısı ilə birlikdə Nyu Yorkda qaldığı otelə geri dönüb. Yaşlı qadın burada, yuxusunda vəfat edib. Təqaüdçü bədən tərbiyəsi müəllimi Johnson, 2011-ci ildən bəri Nyu York Marafonuna qatılan ən yaşlı qaçışçı ünvanını daşıyırdı. Marafondan əvvəl mediaya danışan Johnson, bunları söyləmişdi: "Digərlərindən geridə qalacağam lakin əhəmiyyəti yoxdur. Hər səhər yataqdan qalxa bildiyim və qaça bildiyim üçün şükr edirəm. Mənim yaşımdakı çox insan əlil arabasıyla gəzir."