"Siyasi həbslərə son qoyulmalıdır"

6 Noyabr 2013 17:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ağ Ev nümayəndəsi Jay Carney, Misirdə siyasi həbslər və nəzarətlərin sona çatması lazım olduğunu deyərək, ABŞ höküməti olaraq bu istiqamətdəki çağırışlarını davam etdirəcəklərini söyləyib. Carney, gündəlik mətbuat brifinqində, Misirdə hərbi müdaxiləylə vəzifədən uzaqlaşdırılan ölkənin seçilmiş ilk prezident Məhəmməd Mursinin mühakimə edilməsiylə əlaqədar bir sualı da cavablandırıb. ABŞ prezidenti Barak Obamanın Misirdəki inkişafları yaxından izlədiyini söyləyən Carney, ABŞ xarici işlər naziri John Kerryi də ABŞ-ın Misir xalqına və demokratiyaya keçişlərinə dəstəyini təkrarlamaq və bundan sonrasıyla bağlı keçici hökumətlə danışıqlar aparmaq üçün Misiri ziyarət etdiyini xatırladıb.