Gökhan Özen ata olmağa hazırlaşır

24 May 2012 13:47 (UTC+04:00)

Müğənni Gökhan Özen-Selen Sevigen cütlüyü, dünən axşam məşhur aparıcı Mehmet Əli Erbil və İrmak Atukla yemək yeyərkən paparazzilərin hədəfinə tuş gəliblər. Movqe.Az Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, ata olmaq üçün günlərini sayan G.Özen, doğulacaq qızının üzünü gördükdən sonra körpəyə ad qoyacaklarını jurnalistlərə söyləyib. Bunu eşidən M.A.Erbil zarafatcasına, "Adı, Leyla, Huri, Nataliya ola bilər" deyib.

Mövzu bir anda İrmak Atukla M.Ə.Erbildə əlaqəsinə gəlincə də hər iki tərəf, fikiri fərqli istiqamətlərə yönləndiriblər.

Fuad Mədətov

Movqe.Az