Qadın özünü dəmir barmaqlıqlardan asıb
Bu gecə Bakının Yasamal rayonu ərazisində Yeni Yasamal yaşayış massivində 25 yaşlı qadın özünü asıb. Yasamal rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, Nərminə Şahin qızı Seyfullayeva özünü 17-ci mərtəbədə dəmir barmaqlıqlardan şal ilə asıb.
Hələlik qadının intihar etməsinin səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.