Daha bir zəlzələ

24 May 2012 14:03 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırma Mərkəzi, dənizin 40 kilometr dərinliyində meydana gələn zəlzələnin mərkəzinin Haçinohe şəhərinin 107 kilometr şimal-şərqində olduğunu bildirib.
Kyodo Xəbər Agenliyi, bölgədəki nüvə stansiyalarda hər hansı bir anormallığa gətirib çıxarmayan zəlzələdən sonra sunami xəbərdarlığı edilmədiyi məlumatını verib.
Yaponiyada mart ayının 11-i baş verən 9 bal gücündə zəlzələdə və sunamidə təxminən 19 min nəfər insan həlak olub.
Zəlzələ və sunami Fukuşima stansiyasında radioaktiv sızıntıya səbəb olaraq Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olub.