Movqe.Az xəbər verir ki, Asiyanın ən güclü qasırğalarından biri olan Haiyanın Filipin adalarına yaxınlaşması səlahiyyətlilərin həyəcanına səbəb olub. Qasırğanın səbəb olduğu torpaq sürüşməsi və sel təhlükəsi olan bölgələrdəki minlərlə insan evakuasiya edilərək başqa bölgələrə köçürülüb. Ordunun ucqar bölgələrə yemək çatdırılmasına kömək etdiyi və xilasetmə helikopterlerinin hazır vəziyyətdə gözlədildiyi bildirilib. Sürəti saatda 215 kilometr olan küləyin Sakit Okeanını keçərkən daha da güclənəcəyini söyləyən mütəxəssislər, tayfunun ölkənin şərqinə cümə günü çatmasını gözləyir. Haiyanın Filippinin ortasından sürətlə keçərək bazar günü Çinin cənubuna yönələcəyi düşünülür. Filippin prezidenti Benigno Aquino , səlahiyyətlilərə zərər olmadığını söyləsə də, hər il orta hesabla 20 qasırğanın yarandığı Filippində can və mal itkisi yaranır.