Azərbaycanın Rusiya ilə sərhədində yüklərin daşınması və sərnişinlərin gediş-gəlişi ilə bağlı yaranan gərginlik artıq tam aradan qaldırılıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitənin (DGK) sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda vətəndaşların qayıdışı və yüklərin daşınması ilə bağlı Azərbaycan-Rusiya sərhədində elə bir növbə yoxdur: "Mən dünən axşam sərhədlə əlaqə saxlamışam və bu problemin aradan qaldırıldığı deyilib".
A.Əliyev bildirib ki, həmçinin Azərbaycanın Rusiya ilə Samur gömrük keçid məntəqəsinin maneəsiz işləməsi üçün danışıqlar aparılır: "Samur gömrük keçid məntəqəsində Rusiya tərəfindən postun rəhbərliyi dəyişdirilib. Yeni post rəhbəri ilə görüş keçirilib. Artıq sərhədin maneəsiz işləməsi üçün danışıqlara başlanılıb".