Bakı Metropoliteninin yeni xəttində (Bənövşəyi xətt) gələn il ilk iki stansiya – "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar istismara veriləcək.
Sonrakı iki il ərzində isə daha üç stansiyanın istifadəyə verilməsi planlaşdırılır. "APA-Economics"in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
T.Əhmədov qeyd edib ki, bununla yanaşı Yaşıl xətdə daha 3 stansiyanın inşası planlaşdırılır. Hazırda şərti adı "Həzi Aslanov-2" stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır.
"Bir sözlə, qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı 8 stansiya istismara veriləcək", - deyə T.Əhmədov qeyd edib.