Bin Ladeni tutduran həkimə 33 il cəza verilib
24 May 2012 14:19 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki, Əl
Qaidənin öldürülən lideri Usamə bin Ladinin tapılmasında Amerikaya
kömək edən Pakistanlı həkim çətin anlar yaşayır. Həkim Şakil
Afridiyə vətənə xəyanət ittiham; ilə 33 il həbs cəzası verilib.
Pakistan Bin Ladinin tapılması üçün həkim Afridini Abutabat
şəhərində uşaqlar üçün saxta peyvənd kampaniyası təşkil edərək
vətənə xəyanət etməkdə günahlandırıb. Beləliklə İslamabad
rəhbərliyi Amerikanın Kəşfiyyat Təşkilatına kömək edən Afridini 33
il həbs cəzasına məhkum edib.
Bin Ladinin öldürüldüyü əməliyyatdan qısa müddət sonra, Afridi
hökumətə qarşı plan qurmaqda təqsirləndirilərək nəzarətə alınıb və
o, 3 min 500 dollar cərimələnib.
Hillari Klinton, onun həm Pakistan, həm də Amerikanın xeyrinə
xidmət etdiyini deyərək, Afridinin sərbəst buraxılmasını
istəyib.