Tom Kruz jurnalisti məhkəməyə verdi-FOTO

8 Noyabr 2013 11:31 (UTC+04:00)

Yaraşıqlı aktyor Tom Kruz, keçən il həyat yoldaşı Katie Holmes ilə boşanıb. Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki, Tom Kruzun yoldaşından boşandıqdan sonra qızını da tərk etdiyi xəbəri söz-söhbətə səbəb olub. Ancaq aktyor  7 yaşındakı qızı Suri ilə çox yaxşı əlaqələrinin olduğunu söyləyib.O, haqqında çıxan xəbərlərə üsyan edib: "İşimlə bağlı səfərə çıxdığım üçün qızım ilə bir müddət ayrı qaldıq. Amma mən heç vaxt qızımdan ayrılmaram, tərk etmərəm".

Qeyd edək ki, tanınmış aktyor bu yalnış xəbəri yayan  "Life Style və In Touch" jurnallarının naşiri Bauerəyə məhkəmə işi açıb. Tom məhkəməyə təqdim etdiyi sənədlərdə , qızını tərk etdiyi yönündəki iddiaların əsassız olduğunu sübut edə bilib.