Elnarə daha əvvəlki kimi geyinə bilməz
8 Noyabr 2013 12:01 (UTC+04:00)
"Ailə qurmadan öncə geyindiyim geyimləri, indi
geyinə bilmərəm. Çünki, artıq övladlarım var".
Bu sözləri müğənni Elnarə Xəlilova geyimlərinin
mediada müzakirə olunmasından söz açarkən
deyib:
"Mən "W-trio" qrupundan sonra solo karyeraya
başlayanda özümə bir obraz seçmişdim, tamaşaçılar məni "şıltaq qız"
imicində sevib, qəbul etmişdilər. Bu imic məndə ailə qurana qədər
oldu. Amma ana olandan sonra, o imicdən imtina etdim. Bu, mənim öz
seçimim idi. Yəni həyat yoldaşım onu geyin, bunu geyinmə demir.
Sadəcə, indi ana olmuşam deyə, geyimlərimə də diqqət etməliyəm. Bir
çoxları mənə sual verir ki, ay Elnarə, niyə əvvəlki imicinizə
qayıtmırsınız? Mən də çalışıb başa salıram ki, artıq anayam, bu
obraz indi mənə yaraşmaz".
Qeyd edək ki, Rövşən adlı bəylə ailə quran
Elnarənin Burlaxatun, Öndər, Harun Fateh Cahangir adında 3 övladı
var.
lent.az