İran sərhədlərini Azərbaycan üçün bağladı

8 Noyabr 2013 12:12 (UTC+04:00)

Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsulatov İran tərəfinin keçidi dayandırmaqla bağlı heç bir səbəb göstərmədiyini deyib

İranın Azərbaycanla sərhəddi Biləsuvar rayonu ərazisindən bağlanıb. Dünəndən etibarən Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda 200 yaxın nəqliyyat vastələri 800-dən çox vətəndaş sərhədi keçmək üçün növbə gözləyir.


Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsulatovun Ans press-in bölgə müxbirinə verdiyi məlumatda faktı təsdiqləyib. M.Mirsultanov bildirib ki, İran tərəfi keçidi dayandırmaqda heç bir səbəb də göstərmir. Dəfələrlə qarşı tərəf görüşə çağrılsa da, İran tərəfi bundan imtina edib.