Dünyadakı buzlaqlar ərisə...

8 Noyabr 2013 12:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, qlobal istiləşmənin təsiri ilə bütün buzlaqların əriməsi nəticəsində ortaya çıxacaq Yer xəritəsi, National Geographic jurnalının internet saytında yayımlanıb. İnteraktiv xəritəyə görə, Qrinland, Antartika və qütblərdəki bütün buzlaqların əriməsi təqdirdə, bir çox məskunlaşma yeri sular altında qalacaq. Xəbərə görə dəniz səviyyəsinin 65 metr yüksəlməsiylə su altında qalacaq yerlər arasında, İngiltərə və ABŞ-ın şərq sahilləri, Danimarkanın böyük hissəsi, Çindəki geniş torpaqlar və Banqladeşin hamısı var. Xəritədə Qara dəniz və Xəzər dənizinin birləşdiyi, Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinin də yox olduğu görülür.

Xəbərdə, "Dünyada hələ də 5 milyon metr küplük buz var və elm adamlarına görə bunun əriməsi 5 min ildən uzun sürər. Lakin atmosferdəki karbon səviyyəsini artırmağa davam etsək, buzsuz bir Dünya yaradacağıq. Ortal hesabla istilik 14 dərəcədən 26 dərəcəyə yüksələcək "deyilib.