Tağı Əhmədov: «Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcək»

8 Noyabr 2013 12:20 (UTC+04:00)

Bakı Metropoliteni Sumqayıt şəhərinə metro xətti çəkməyi planlaşdırmır.


"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bəyan edib: "Sumqayıt ayrıca şəhərdir və onun ayrıca metrosu olmalıdır".


T.Əhmədov deyib ki, hazırda əsas məqsəd Bakı şəhərində nəqliyyatdakı sıxlığı aradan qaldırmaqdır: "Amma gələcəkdə Gəncədə də, Naxçıvanda da, bir sözlə, böyük şəhərlərimizdə ayrıca metropoliten olacaq".