"Namiq Qaraçuxurlu heç bir ad günü keçirtməyəcək"-Özəl-Açıqlama
8 Noyabr 2013 12:55 (UTC+04:00)
Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun 35 yaşı tamam olur.
Mövqe.az-ın məlumatına görə bir neçə gün öncə əsəb gərginliyi
keçirən və ayağından zədə alan meyxanaçının bu günü nişanlısı və
doğmaları ilə birlikdə adgününü yaxtada keçirəcəyi barədə
məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Mövqe.az-ın
əməkdaşı meyxanaçının prodüsseri Ataş Hüseynlə əlaqə saxlayıb: "
Namiq ad günü keçirtmir. Çünki məhərrəmlik ayıdır. O bu ayda ad
günü keçirtməz. Yaxtada sadəcə dostunun 50 illik yubleyində iştirak
edəcək".