Movqe.Az xəbər Daily
Mail-ə istinadən xəbər verir ki, Aktyor Leonardo Di Kapriyo
Malibudakı evini kirayə verir. İndi hər kəs onun çarpayısında uzana
bilər, baxdığı televizora baxa bilər, yemek yediyi stol arxasında
otura bilər, ancaq bütün bunlar əlbəttə ki, pulsuz olmayacaq. Bu
istəyənlərə ayda 150 000 dollara başa gələcək.O, kirayə vermək
istədiyi evi 2002-ci ildə 6 milyon dollara almışdı. Bu evin 7
vanna otağı, 6 qonaq otağı və idman zalı var. Evin təmiri barədə
narahatçılığa əsas görməyən Leonardonun Malibuda daha 2 villası
var. Daily Mail məlumatına görə, aktyor bu addımı pula olan
ehtiyacından etməyib, onun bu barədə heç bir problemi yoxdur.