Bayıl qəsəbəsində abadlıq işləri aparılır

8 Noyabr 2013 16:45 (UTC+04:00)

Son illər ərzində Bayıl yaşayış sahəsində bir sıra sosial yönümlü işlər həyata keçirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ilk növbədə burada yerləşən Qafur Məmmədov adına parkda əsaslı təmir-yenidənqurulma işləri aparılmış, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın açılışı Prezident İlham Əliyevin iştirakı ilə  keçirilmişdir.

 

Ölkə başçısının digər sərəncamı ilə Bayıl yaşayış sahəsində köhnəlmiş kanalizasiya şəbəkəsinin əvəzində yeni kanalizasiya şəbəkəsi və yeni kanalizasiya kollektoru çəkilmiş, bu istiqamətlə işlər davam etdirilir. Bayılda yeni su xətlərinin çəkilişi də aparılır. Gələcəkdə bu yaşayış sahəsi içməli su ilə daimi  təmin olunacaqdır. 

Bayılda aparılan iri miqyaslı tikinti-yenidənqurma və abadlıq işləri çərçivəsində burada yerləşən bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülmüş, Dövlət Bayrağı Meydanı yaradılmış, 2012-ci ildə keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi ilə əlaqədar Bayılda 35 min tamaşaçı yerlik "Kristall-Xall" tikilmiş, Bakı-Ələt avtomobil yolunun bir hissəsi tikilmiş, yeni yol strukturu yaradılmış, yeni yeraltı keçidlər, bu ərzinin elektrik təchizatının yaxşılaşdırılması üçün "Yeni Bayıl", "Bayraq Meydanı" yarımstansiyaları tikilərək istifadəyə verilmiş, beynəlxalq oyunları keçirmək üçün "Bayıl" stadionu əsaslı təmir olunub yenidəqnurulmuşdur.  

Son 3-4 il ərzində Bayılda yerləşən  5 saylı Doğum evi, 91, 203 saylı orta məktəblər, 85 və 110 saylı uşaq bağçaları, 3 saylı musiqi məktəbi, 3 saylı vərəm əleyhinə dispanser, 33 saylı poliklinika, 3 saylı Təcili tibbi yardım stansiyası, Səbailğ rayon Polis İdarəsinin  8-ci Polis bölməsinin binası əsaslı təmir olunmuş, 49 saylı lisey isə əsaslı təmir olunaraq burada 660 şagird yerlik yeni tədris korpusu tikilmişdir. 

Bayılda küçələr və əsas yolrlar təmir olunaraq asfaltlanmış, Bayıl dairəsində yerləşən 16 mərtəbəli yaşayış binası, həmçinin Qurban Abbasov küçəsində 3 bina üzlənərək təmir olunmuşdur. Hazırda Bibiheybət yolu 1 ünvandakı yaşayış kompleksində üzlənmə işləri aparılır. 

Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 ədəd fərdi yaşayış evləri, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülmüş, hazırda bu ərazidəki bir sıra sənaye və özəl öbyektlərin köçürülməsi və yeni bulvar üçün yeni struktur yaradılması aparılır.  Həmsinin 2013-cü ildə burada Su oyunları stadion kompleksinin tikintisi aparılır. 

Bayıl dairəsi tam şəkildə yenidən qurulur. Dairədə yeni yol infrastrukturu yaradılmışdır. Yeni yeraltı keçid Q.Abbasov küçəsi ilə Yeni Bulvarı birləşdirir. Burada son tamamlama işləri aparılır. Yeni eskalator quraşdırılıb. Dairənin mərkəz hissəsində 20-ci sahə istiqamətində istirahət guşəsi yaradılır, yaşıllıqlar salınır.