Kosmosda konsert verəcək

8 Noyabr 2013 22:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur müğənni Lady Gaga kosmosda mahnı oxuyan ilk müğənni olmağa hazırlaşır.

Lady Gaga, 2015-ci ildə dünyada bir ilki reallaşdıraraq, New Mexikoda keçiriləcək Zero G Colony adlı musiqi festivalı çərçivəsində Virgin Galactic gəmisiylə kosmosa çıxaraq bir mahnı səsləndirəcək. US-ə danışan bir qaynaq, müğənninin, atmosfer fərqi səbəbindən festivaldan bir ay əvvəl vokal çalışması etməsi lazım olacağını deyib. New Mexikodakı Spaceport America adlı kosmos bazasında reallaşacaq olan Zero G Colony, üç günlük musiqi festivalı olaraq təyin olunur. Lady Gaganın kosmosdakı performansının, festivalın üçüncü günündə sübh vaxtında reallaşması planlaşdırılır. Bir qaynaq, tarixi fəaliyyətin, "dünyanın daha əvvəl gördüyü heç bir şeyə bənzəməyəcəyini" bildirib. Bu vaxt müğənninin, işlərin yolunda getməmə ehtimalına qarşılıq həyat sığortası etdirdiyi deyilib.