Qasırğa olub

8 Noyabr 2013 21:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Filippində ölkə tarixində ən şiddətli olduğu bildirilən və sürəti saatda 350 kilometrə çatan qasırğa səbəbiylə 700 min nəfər evakuasiya edilib. Filippində binaları yıxan , torpaq sürüşməsi yaradan və ən az 3 nəfərin ölümünə gətirib çıxaran şiddətli qasırğanın ölkə tarixindəki ən şiddətli qasırğalardan biri olduğu bildirilir.

Haiyan qasırğası , ölkənin ada bölgəsində yerləşən Leyte və Samar kimi bir çox bölgəsində elektrik enerjisi kəsilməsi baş verib, bəzi bölgələrlə əlaqə kəsilib. Səlahiyyətlilər indiyə qədər 3 nəfərin öldüyünü , 7 nəfərin yaralandığını bildirib. Lakin ölü sayının artmasına qəti gözüylə baxılır. Ölkədə qasırğanın yarandığı 29 bölgədən 700 mindən çox insan evakuasiya edilib. Filippində hər il təxminən 20 tropik qasırğa olur.