Namiq Qaraçuxurlunun prodüserinin növbəti yalanı üzə çıxdı-VİDEO-ÖZƏL
9 Noyabr 2013 10:40 (UTC+04:00)
Namiq Qaraçuxurlu 35 yaşını nişanlısı ilə birgə keçirib.
Meyxanaçının prodüsseri Ataş Hüseyn dünən Mövqe.az-a açıqlamasında
Namiqin Məhərrəmlik ayı olduğu üçün ad günü etməyəcəyini
söyləmişdi. Ancaq çox keçmədiki ki, internetdə cütlüyün birgə
keçirtdiyi ad günü mərasimindən videolar yayımlandı. Məlum oldu
ki, "Nar&Şərab" restoranının gəmi formasında dizayn
edilmiş hissəsində cütlük baş-başa romantik vaxt keçirib.Gecənin
sonunda hətta atəşfəşanlıq da olub.
Qeyd edək ki, Ataş Hüseyn Mövqe.az-ın əməkdaşına belə bir
açıqlama vermişdi: " Namiq ad günü keçirtmir. Çünki
məhərrəmlik ayıdır. O bu ayda ad günü keçirtməz. Yaxtada sadəcə
dostunun 50 illik yubleyində iştirak edəcək".
Sözügedən ad günündən olan video görüntülərin bəzilərini
sizə təqdim edirik :