Ballistik raketi sınaqdan keçirilib

24 May 2012 16:56 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Rusiya dünən yeni model uzun mənzilli ballistik mərmiləri sınaqdan keçirib. Rusiya müdafiə nazirinin müavini Vadim Koval Arhanqalsk bölgəsində yerləşən "Plesetks" raket atış sahəsində edilən sınağın uğurla nəticələndiyini deyib.Koval: "Mərmi Kamçatkanın qərb bölgəsində müəyyənləşən hədəfi uğurla vurub. Yeni qitələrarası mərmi rusiyanın strateji gücünün artırılmasına istiqamətlənib".