Qadın intihar edərək ölüm anlarını sosial şəbəkədə bölüşüb-ŞOK-FOTO
9 Noyabr 2013 12:11 (UTC+04:00)
Qadın kamera vasitəsilə intihar edərək ölüm anlarını sosial
şəbəkədə bölüşüb
Hadisə Bu gün Meksikada 22 yaşlı Tenia adlı gənc qadının intiharı
ölkəni şoka salıb. ANS PRESS-in "İnfobea.com" saytına istinadən
verdiyi məlumata görə, qadın intiharı barədə "Facebook" sosial
şəbəkəsindəki səhifəsində paylaşıb. O Vebkamera vasitəsilə ailəsi
və keçmiş sevgilisi Culio ilə sağollaşıb.
"Hər kəsə əlvida. Mənim heç nəyim yoxdu, mənə heç nə lazım deyil.
Julio mən səni sevirəm. Məni heç vaxt unutma. Mən sizləri gülüşlə
tərk edirəm, necə ki, o məni xoşbəxt etmişdi. Ailəmdən əməlimə görə
üzr istəyirəm", - deyə Tenia yazıb.
Daha sonra qadın özünü asıb. Qadın kamera qarşısında intihar edib.
Və onun intihar anları saniyəsinə qədər kamera vasitəsilə
"Facebook"dakı dostları tərəfindən izlənib. Bu dəhşətli anlar
sosial şəbəkədə 20.000 dəfə izlənib.