Röya: "Çox gözəl olmasam da ..."
9 Noyabr 2013 12:53 (UTC+04:00)
Müğənni Röya Türkiyə mətbuatına müsahibə verib. Müsahibəni
ixtisarla təqdim edirik.
- "Göndər" mahnısının müəllifi Soner Sarıkabadayı
və"Gəmiçilər"in yazarı Əflatun son dövrlərin ən yaxşı söz və musiqi
yazarlarıdır. Onları xüsusilə seçirsiniz?
- Təbii ki. Mən işimlə yaşayıram, işinə aşiq olanlarla əməkdaşlıq
etməyi sevirəm. Hər zaman da belə olacaq.
- Saç və geyiminiz tez-tez dəyişir. Özünüzlə çox məşğul
olursunuz?
- Dəyişməyi çox sevirəm. Çox gözəl olmasam da, buqələmun kimiyəm.
Məni həmişə dəyişkən görəcəksiniz, təkcə qəlbim dəyişməyəcək.
- İşinizdə inadkar və əzmli olduğunuzu düşünürəm. Çünki çox
iddialı insanlarla çalışırsınız.
- Mən başqalarına paxıllıq etmək əvəzinə, daha yaxşısını etməyə
üstünlük verirəm. Türkiyədə çox istedadlı musiqiçilər var. Mən
burada ölkəmi yaxşı təmsil etmək istəyirəm.
- Türkiyədə albom hazırlamağa həyat yoldaşınızı necə razı
saldınız?
- O mənimlə evlənmədən bunları bilirdi. Hər zaman konsertlərim və
çəkilişlərim olurdu. Bu səbəbdən anlaşmağımız elə də çətin olmadı.
Həmçinin onu uzun zamandır tanıdığım üçün aramızda çox böyük hörmət
var.
- Türkiyədə qadın müğənnilər sizin mahnılarınızı
bəyəndiklərini bildirir...
- Onların səsimi sevdiklərini bilirəm. Bir az da ölkələrimiz
arasındakı qarşılıqlı sevginin təsiri var. Onlara təşəkkür
edirəm.
- Özünüzə kimləri rəqib görürsünüz?
- Heç kimin yerində gözüm yoxdur. Bəyəndiklərim, özümə
bənzətdiklərim var. Əsas odur ki, mən istədiyim mövqedəyəm.
- Teleseriallardan təklif almısınız?
- Bir filmdən təklif gəlmişdi. Amma mən ən yaxşı bacardığım işi
görmək - mahnı oxumaq istəyirəm.
- Yeni albom olacaqmı?
- Ağlımda çox gözəl mahnılar və fərqli bir Röya var. Gülşənin bir
mahnısını hədəfə almışam. Albomda bir Azərbaycan mahnısı da olacaq.