Qız şagirdləri zəhərləyib

24 May 2012 17:03 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Əfqanıstanda qızların məktəbə getməsinə qarşı olan Taliban 120-dən çox qız şagirdləri zəhərləyərək xəstəxanalıq edib.
Ölkənin şimalındakı Takhar vilayətində yerləşən məktəblərdə siniflərin içinə qoyulan qaz maddələrindən təsirlənən qız şagirdlərin çoxu şüurunu itirib.
Xəstəxanaya qaldırılan şagirdlər hadisənin necə baş verdiyini danışıblar:
"Şagirdlərdən birinin şüurunu itirdiyini gördüm. Pis vəziyyətdə idi. Bizə su içməmək söylənildi, amma biz onsuz da su içmişdik və bir müddət sonra xəstələndik."
Daha əvvəl də ölkənin şimalındakı Kunduz əyalətində 150 qız şagird məktəbdə içdikləri sudan zəhərlənib. Qızların təhsil almalarına qarşı olan Taliban xüsusilə təsirli olduğu ölkənin şimal bölgələrində tez-tez məktəblərə hücum edir.
Əfqanıstan Təhsil Naziri ölkədə 11 ayrı vilayətdə cəmi 550 məktəbdə belə hadisələrin baş verməsi səbəbi ilə məktəblərin bağlanıldığını bildirib.