Tədqiqat peyki Yerə düşdü

11 Noyabr 2013 14:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Atmosferdə yanan GOCE peyki orbitini itirərək Yerə düşüb. Yanacağının bitməsindən sonra Yer üzərindəki orbitini itirərək alçalmağa başlayan Avropa Kosmos Agentliyinə ( ESA ) aid elmi araşdırma peyki Yerə düşüb. ESA-dan edilən şərhdə, Okean dövranı Kəşfi adlı peykin bu gün Bakı vaxtilə 04.00-da Sibir, Böyük Okeanın qərbi , Hind Okeanının şərqi və Antarktikanı aşan bir orbiti izləyərək düşdüyü deyilib. Şərhdə, GOCE-in " gözlənildiyi kimi atmosferin üst təbəqəsində parçalarına ayrıldığı və Yer daxilində heç bir ziyan yaratmayacağı deyilib. ESA-dan verilən məlumata görə , Yerin cazibə sahəsini Xəritəçəkmə məqsədiylə 2009-cu ildə kosmosa atılan araşdırma peykindən alınan məlumatlar , okean sirkülasiyası , su səviyyəsi, buz dinamikası və Dünyanın daxili hissəsiylə bağlı elmi qavrayışın inkişaf etdirilməsinə kömək etdiyi deyilib.