Bakıda marşrut avtobusları toqquşdu, xəsarət alanlar var

12 Noyabr 2013 10:15 (UTC+04:00)

Bakı-Salyan şossesinin Səbail rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib

Bakıda iki sərnişin avtobusu toqquşub.


Hadisə bu gün səhər Bakı-Salyan şossesinin Səbail rayonu ərazisindən keçən hissəsində, Səbail Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin qarşısında baş verib.


88 və 120 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.


Hadisə yerində araşdırma aparılır.


Mənbə

APA