Ermənilər cəbhə xəttini atəşə tutublar

12 Noyabr 2013 10:10 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.


Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şurabad, Nəmirli kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.