Lənkəran sakini özünü asıb

12 Noyabr 2013 10:40 (UTC+04:00)

Lənkəranda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Heydər oğlu Quliyev yaşadığı evin həyətində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.